"Barselona"nın ev oyunlarını keçirdiyi "Nou Kamp" stadionunda Lionel Messinin heykəli qoyula bilər.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, Kataloniya klubunun prezidenti Sandro Rosellin keçirdiyi mətbuat konfransında bir jurnalist yeniləcənəyi planlaşdırılan stadiona argentinalı hücumçunun heykəlinin qoyulub-qoyulmayacağı ilə bağlı sual verib. Bu təklifi bəyənən S.Rosell məsələni gündəmdə saxlayacaqlarını deyib:
"Bu fikri çox bəyəndim. Bunun daha əvvəl düşünməmişdik, amma gündəmdə saxlayacağıq".
Qaynar.info
Şərhlər