İdman 13:43 11.11.2013

Mesut Özil dünyaya meydan oxudu


"Bu günə qədər bəlkə də böyük komandalarla oynadıq. Amma bu həftə bütün komandaları məğlub edə biləcəyimizi göstərdik. Bütün dünyadakı böyük oyunçuların bizi görməsini təmin edik". Fanat.az xəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Mesut Özil deyib.

Türk futbolçu "Arsenal"ın "Real" kimi bütün oyunlara qələbə üçün çıxdığını bildirib: "Burda qazanmaq istəyi "Real"dakı ilə eynidi. Orda da sadəcə qələbə üçın oynayırdıq, bura da... Mən "Arsenal"a məhz buna görə gəlmişəm".

"Futbolçuların inkişafına səbəb olan dünyanın ən böyük məşqçisi ilə çalışıram. Arsen Vengerlə danışdıqdan dərhal sonra Londona gəldim. Məqsədimiz bu mövsüm uğur qazanmaqdı. Bunu komanda olaraq əylənərək etmək istəyirik" deyə Özil əlavə edib.

Qaynar.info