Maqazin 12:12 28.10.2021

Mətanət İsgəndərlinin nəvələri Cananadan alındı (FOTO)

Bu gün əməkdar artist Mətanət İsgəndərlinin gəlini Aynur Həmidovanın (Canana) əri Kərim Həmidova qarşı boşanma və uşaqların ananın himayəsinə verilməsi iddiası üzrə məhkəmə prosesi keçirilib.

Qaynarinfo xəbər verir  ki, Binəqədi Rayon Məhkəməsində Etibar Mustafayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, ailənin hər üç övladı atanın himayəsinə verilib.

Bu barədə Canana sosial media hesabı "Instagram"dan məlumat paylaşaraq, verilən qərarın ədalətsiz olduğunu bildirib. Cananın vəkili Namiq Hacıyev qərardan narazı olduğunu, apellyasiya şikayəti verəcəyini ifadə edib. 

Qeyd edək ki, Mətanət İsgəndərlinin oğlu Kərimlə xanımı Canana ötən il ayrılıb. Cütlüyün bu nikahdan üç övladı var.