Siyasət 18:16 01.03.2013

Mətbuat azadlığı: Ermənistan bizdən irəlidə!

Mətbuat azadlığı indeksi: Azərbaycan 156-cı yerdədir.

Fevralın 28-də “Sərhədsiz reportyorlar” təşkilatı “2013-cü il üçün mətbuat azadlığı indeksi” hesabatını açıqlayıb. “Turan”ın məlumatına görə, Finlandiya 179 ölkə arasında KİV azadlığına ən çox hörmət olunan ölkədir. İkinci yerdə Niderland, üçüncü yerdə Norveç dayanır.

Ən qeyri-azad ölkələr arasında Türkmənistan, Şimali Koreya və Eritreya liderlik edir.

Azərbaycan 156-cı yerdədir. İndeksdə Gürcüstan 100-cü, Ermənistan isə 74-cü sırada göstərilir.

Qaynar.info