Azərbaycan Mətbuat Şurası yazı müsabiqəsi elan edib.Şuradan Lent.az-a verilən məlumata görə, bu gündən etibarən Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə reallaşdırdığı “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu-95” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. Layihənin hər mərhələnin AXC ilə bağlı konkret hadisəyə və şəxsiyyətlərə həsr olunması nəzərdə tutulur.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər. Müsabiqəyə sentyabrın 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazıda “Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır. Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən çap olunmuş print-skrin variant təqdim edilməlidir.
Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir. Yazılar 2013-cü ilin avqust ayının 15-dən sentyabr ayının 10-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 ünvanında (Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Müsabiqədə 1 birinci (800 manat), 2 ikinci (500 manat) və 3 üçüncü yer (300 manat), həmçinin 10 həvəsləndirici (100 manat) mükafat nəzərdə tutulub.
Müsabiqə laureatlarının adları sentyabr ayının 15-dək açıqlanacaq.
Qaynar.info
Şərhlər