Ölkə 10:43 20.02.2020

Metroda problem yarandı, sərnişinlər pulsuz keçdi

Səhər saatlarında Bakı metrosunda problem yaranıb.

Bu barədə Qaynarinfo-ya "Bakı Metropoliten”in mətbuat xidnətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, "Neftçilər” və "Qara Qarayev” metrostansiyalarında "BakıKart” aparatları işləməyib:

"BakıKart” aparatı işləməyib. Proses qısamüddətli baş verib. Sərnişinlərin nizamlı hərəkəti, rahatlığı təmin edilib. Aparat işləməyəndə biz metronun prinsiplərinə əməl etməyə borcluyuq. Odur ki, sərnişinlər metrodan pulsuz istifadə edib”.

Bahar Rüstəmli