Koroğlu stansiyasında axşam saaatlarında sıxlıq olub. Platformada müşahidə edilən sıxlıq insanları narahat edib.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı Oxu.Az-a təsdiqləyib.
O bildirib ki, mövcud sıxlıq axşam saat 7-8 radələrində müşahidə edilib:
"Xüsusi sərnişin sıxlığı "Koroğlu” stansiyasının "Alov” parkına tərəf olan çıxışında olub. Stansiyadan çıxış qapıları açıq olub. Bu vəziyyət yalnız platformada və pilləkənlərdə 5 dəqiqə müddətində davam edib.
Platfotmanının uzunluğu təxminən 100 metrdən bir qədər artıqdır və 1 dəqiqə ərzində platformanı tərk etmək mümkündür. Xüsusilə pik saatlarda sərnişinlər bu məqamı nəzərə alaraq metrodan istəfadə qaydalarına bir qədər riayət etsələr, bu kimi sıxlıqların qarşısı alınar”.
Şərhlər