Ölkə 14:41 16.12.2017

Metrodan istifadə edənlərin sayı artıb

2017-ci ilin yanvar-noyabr ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artma müşahidə olunub.

Qaynarinfo Azərtac-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı 5,3 faiz artaraq 207,6 milyon nəfərə çatıb.