Ölkə 14:18 05.03.2014

Metropoliteninin yeni sədrindən QADAĞA

Bakı Metropoliteninin səlahiyyətli şəxslərinin mətbuata informasiya verməsi qadağan olunub. 

Bu barədə SalamNews-a Bakı Metropolitenindən məlumat verilib.

Metropolitenə müsahibə üçün gedən əməkdaşlarımıza qurumun mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva bildirib ki, hazırda mətbuata heç bir informasiya vermək səlahiyyətinə malik deyillər. Çünki hazırda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin formalaşması istiqamətində iş gedir. Eyni zamanda metropolitenin mətbuat xidmətinin yenidən formalaşması gözlənilir.

Qaynar.info