Dünya 14:18 01.07.2020

Ermənistan Metsamor AES-in fəaliyyəti dayandırıldı

Ermənistanın Metsamor Atom Elektrik Stansiyası plan-xəbərdarlıq tədbirlərinin görülməsi üçün 65 gün müddətinə fəaliyyətini dayandırıb.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə stansiyanın Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, böyük həcmli təmir işlərinin görülməsi məqsədi ilə AES-in fəaliyyəti dayandırılıb.

Beləliklə stansiya 2020-ci il iyulun 1-i saat 00.00-dan 65 gün müddətinə - 2020-ci il sentyabrn 3-dək işləməyəcək.