Video 20:59 28.10.2019

Meydanın mərkəzindən 2 dəqiqəyə 2 qol (VİDEO)

Yaponiyanın ikinci divizionunda "Yamaqata" və "Ehime" komandaları arasında keçirilmiş oyunda qeyri-adi hadisə baş verib.

Qaynarinfo xəbər verir ki, meydan sahiblərinin 3:0 hesablı qələbə qazandığı matçda mərkəzdən 2 dəqiqədə 2 qol vurulub. 61-ci dəqiqədə hesab 1:0 olarkən, meydan sahibinin heyətində Şun Nakamura rəqibin uğursuz ötürməsindən sonra topu yarımmüdafiədə qəbul edib və qapıçının irəlidə olduğunu gördükdən sonra hesabı daha da artırıb.

Bu qoldan bir dəqiqə sonra Tatsuhiro Sakamoto da qapıçının irəlidə olduğunu görüb, uzaq məsafədən topu qapıya yönəldib.

Həmin qollara təqdim etdiyimiz videonun 1.20-ci dəqiqəsindən etibarən baxa bilərsiniz.