Foto 12:56 14.06.2018

Məzunlar "Son zəng"i belə qeyd etdilər (FOTOLAR)

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilir.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə hər bir təhsil müəssisəsinin ərazisində təşkil edilir.

Qeyd edək ki, "Son zəng" 2016-cı ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu gözlənilir.

Trend "Son zəng" tədbirlərindən görüntüləri təqdim edir.