Siyasət 11:26 28.01.2022

Mher Qriqoryan: İrəvanla Bakı arasında dəmir yolu anlaşması müsbət irəliləyişdir

Ermənistan və Azərbaycan dəmir yolu ilə bağlı qarşılıqlı anlaşmaya malikdir. 

Qaynarinfo Sputnik Ermənistan-a istinadla xəbər verir ki, bunu "Yerablur” hərbi panteonunda jurnalistlərə müsahibəsində regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması barədə danışan baş nazirin müavini Mher Qriqoryan deyib.

"Dəmir yolu ilə bağlı müsbət məqamlar var. Bundan başqa, hazırda ekspertiza işləri aparılır, nəticələrini növbəti iclaslarda məruzə edəcəyəm".

Onun sözlərinə görə, indiki mərhələdə üçtərəfli qrup konkret məqsədlərlə konkret iş aparır - bu, Ermənistanda olan həmin hissələrdə dəmir yolunun tikintisidir.
Dekabrın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti ilə Soçidə (Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə) və Brüsseldə (Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə) Azərbaycan prezidenti ilə görüşlərdə bu dəmir yolunun tikintisinə (bu hələ sovet dövründə, qismən də inqilabdan əvvəl mövcud olub - red.) dair razılığın əldə olunduğunu təsdiqləyib. Bununla bağlı baş nazir yolun Ermənistan hissələrinin tikintisi üçün hazırlıq işlərinə başlamaq barədə göstəriş verib.

Baş nazirin müavini Mher Qriqoryanın ofisindən Sputnik Ermənistan-a bildiriblər ki, dəmir yolu qəbul edilmiş sərhəd və gömrük qaydalarına uyğun - qarşılıqlı əsasda və ölkələrin suverenliyi və hüququ çərçivəsində fəaliyyət göstərəcək. Ermənistan ərazisində Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu xəttinə hər hansı nəzarət məsələsi müzakirə olunmur. Dəmir yolunun uzunluğu təqribən 340 km olacaq ki, bunun da 45-i Ermənistan ərazisindən keçəcək.
 
Alpər