Texnologiya 10:37 16.10.2018

"Microsoft"un qurucusu vəfat etdi

"Microsoft" şirkətinin qurucularından olan Paul Allen vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Allenin sahibi olduğu investiviya firması "Vulcan" məlumat yayıb. 65 yaşlı IT mütəxəssisi, investor, xeyriyyəçi, musiqiçinin ölüm səbəbi limfa xərçəngidir. 

Qeyd edək ki, Paul Allen 1975-ci ildə Bill Qeytslə birlikdə "Microsoft"un əsasını qoyub. O, 1982-ci ildə xərçəng diaqnozu qoyulandan sonra şirkəti tərk edib.

Gülşən