İdman 23:16 05.08.2018

"Milan"dan 120 milyonluq təklif

"Milan" "Latsio"nun futbolçusu Sergey Milinkoviç-Saviçi transfer etmək istəyir.

Qaynarinfo "La Stampa"ya istinadən xəbər verir ki, Milan təmsilçisi serb futbolçu üçün paytaxt klubuna 120 milyon avroluq təklif göndərib.

Lakin "Milan" bu məbləi birdən ödəmək istəmir. Belə ki, UEFA-nın maliyyə fair-playı qaydaları ilə problemi olan klub serb futbolçu üçün bir illik icarə haqqı olaraq 40 milyon avro təklif edir. Gələn yay isə 80 milyon avro ödəyərək onun transfer hüququnu almaq istəyir.

Qeyd edək ki, "Latsio" Sergey Milinkoviç-Saviçi 2015-ci ildə "Genk"dən 18 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 90 milyon avro qiymət qoyub.