Siyasət 15:40 21.04.2019

Millət vəkili: "Bundan sonra daha dəhşətli hadislər baş verəcək"

Milli Məclisin üzvü Fazil Mustafa Şri Lankada çoxsaylı günahsız insan ölümü və yaralanması ilə nəticələnən kilsə və otellərdə törədilmiş dağıdıcı terror aktları ilə bağlı münasibət bildirib. 

Qaynarinfo deputatın terrorla bağlı açıqlamasını təqdim edir:

"Yeni Zellandiyada məscidi, Şri-Lankada da kilsəni qətliam üçün məkan olaraq seçdilər. Dünyanı beləcə qarışdırırlar. Terrorçu zehniyyətinin qarşısında dünya birləşməyi bacarmasa, bundan sonra daha dəhşətli hadislər baş verəcək. Azərbaycanı bu cür təhlükələrdən bundan sonra daha ciddi həssaslıqla qorumalıyıq. Erməni terrorunun acılarını yaşamış bir cəmiyyət kimi zərərçəkmiş təcrübəmiz çox böyükdür. Şri-Lankada terror qurbanı olmuş xristianlar üçün Azərbaycanda da rəsmi səviyyədə müəyyən anım tədbirinin keçirilmıəsi yaxşı olardı...Buna həm insanlıq borcu kimi baxmalıyıq, həm də teror qurbanlarının milli, dini mənsubiyyətinə fərq qoymadığımızı göstərməliyik..."