İdman 10:26 05.09.2020

Millətlər Liqasının oyunu koronavirus səbəbindən keçirilməyəcək

UEFA Millətlər Liqasının B liqasının II turunda keçirilməli olan Çexiya - Şotlandiya oyunu baş tutmayacaq.

Qaynarinfo-nun  məlumatına görə, bu barədə Çexiya Futbol Federasiyasının nümayəndəsi Mixal Yurman yerli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yığmanın heyətində koronavirusa 2 yoluxma halı qeydə alındığından komandanın sözügedən matçda iştirak etməməsinə qərar verilib.

Qeyd edək ki, görüş sentyabrın 7-də Olomuts şəhərində oynanılmalı idi. Çexiya ilk turda səfərdə Slovakiyanı 3:1 hesabı ilə məğlub edib.