İdman 19:05 28.01.2022

Milli futzalçı: "İstədiklərimizin baş verməsi üçün Gürcüstan millisi İspaniyanı yenməlidir"

Bu gün Amsterdamdakı "Ziggo Dome”də futzal üzrə Azərbaycan millisinin hücumçusu İsa Atayevin iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilib. 
 
Qaynarinfo xəbər verir ki, milli futzalçı yanvarın 29-da, Avropa Çempionatının final mərhələsi çərçivəsində baş tutacaq Bosniya və Hersoqovina ilə matçla bağlı bunları deyib:
 
"Qələbə qazanmaq üçün mübarizə aparacağıq. Növbəti mərhələyə yüksəlmək baxımından şansımız davam edir. Düzdür, hər şey öz əlimizdə deyil. İstədiklərimizin baş verməsi üçün paralel keçiriləcək oyunda Gürcüstan millisi İspaniyanı yenməlidir. Biz üzərimizə düşəni edəcəyik.

Sabah ilk dəfə oyunumuz azarkeşlərin iştirakı ilə keçiriləcək. Futzalda azarkeş önəmlidir. Futzalçıların oyuna motivasiya olması baxımından da əhəmiyyətlidir”.
 
Səbuhi Həsənov