Banqladeş kriket milli komandası Yeni Zellandiyada iki məscidə edilən terror aktından son anda xilas olub.

Qaynarinfo xəbər verir ki, bu barədə komandanın üzvləri "Twitter"də məlumat paylaşıb. Bildiriblər ki, terror aktının baş verdiyi məsciddə ibadət etməyi planlaşdırıblarmış.

Terror aktının baş verdiyi anda məscidin önünə çatdıqlarını bildirən Xaled Maşud "Məscidə 3-4 dəqiqə tez çatsaydıq, hücuma məruz qalacaqdıq. Çox şanslı olduğumuzu deyə bilərəm. Terror aktından qurtulduğumuz üçün sevindim, amma gözümüzün önündə baş verənlər qorxulu film kimi idi" deyib. 

Banqladeş Kriket Federasiyasından bildirilib ki, milli komanda təhlükəsiz şəkildə otelə dönüb və terror aktı səbəbindən Yeni Zellandiya ilə oyunları təxirə salınıb.

Qeyd edək ki, iki məscidə edilən terror hücumu nəticəsində 49 nəfər həlak olub, 48 nəfər yaralanıb.