İdman 00:39 11.09.2018

Azərbaycan millisi Maltadan bir xalla dönür

Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ta Qali Milli stadionunda Malta yığmasının qonağı olub.

D liqasının III qrupunda yer alan komandalar ilk matçlarda fərqli nəticələr göstərmişdi. Meydan sahibləri səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzmuş, millimiz Bakıda Kosovo yığması ilə heç-heçə etmişdi - 0:0.

Komandamız bu dəfə meydandan bir xalla ayrılıb - 1:1. Hesabı 10-cu dəqiqədə pealtidən Andrey Acus açıb. 26-cı dəqiqədə isə Təmkin Xəlilzadə bərabərliyi təmin edib.

Bu Malta və Azərbaycan komandaları arasında 7-ci matç olub. 1994, 2000 və 2002-ci illərdə baş tutan duellərdə "cırtdanlar” müvafiq olaraq, 5:0, 3:0 və 1:0 hesabları ilə qalib gəliblər. Bu görüşlərdən ikisi yoldaşlıq matçı olub, biri isə beynəlxalq turnirə təsadüf edib.

Millimiz 2013-cü ildə keçirilən yoldaşlıq oyununda tilsimi qıraraq 3:0 hesabı ilə qalib gəlib. 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan maltalılar Bakıda 2 cavabsız qolla uduzuduqları halda, evdə heç-heçə ediblər - 2:2.
 
UEFA Millətlər Liqası
D Liqası, III qrup
II tur

10 sentyabr
Malta - Azərbaycan 1:1
Qollar: Andrey Acus, 10-pen Təmkin Xəlilzadə, 26.
Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Acus (16. Ferdinando Apap, 51), 6. Rayan Fenek (21. Roderik Briffa, 64), 8. Pol Fenek, 9. Maykl Mifsud (k.), 10. Andre Şembri, 13. Jozef Mbonq, 14. Jan-Pol Farruciya (19. Alfred Effionq, 78), 17. Rayan Kamilleri.
Ehtiyat oyunçular: 12. Anri Bonello, 23. Stiv Sultana, 2. Maykl Yohnson, 7. Stepan Pisani, 11. Roven Muskat, 15. Xuan Karlos Korbalan, 18. Yohan Bezzina, 20. Andrev Kohen, 22. Zax Muskat.
Baş məşqçi: Rey Farruciya.
Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev (3. Urfan Abbasov, 34), 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov (15. Cavid İmamverdiyev, 56), 10. Rauf Əliyev (11. Ramil Şeydayev, 68), 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 6. Coşqun Diniyev, 9. Namiq Ələsgərov, 14. Rahid Əmirquliyev, 16. Cavid Hüseynov, 17. Rəhman Hacıyev, 18. Məhəmməd Mirzəbəyov, 19. Rahil Məmmədov
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Jozef Zerafa, 30. Stiv Borq, 47. Endryu Hoqq, 90+5. Maykl Mifsud, 90+6 Qara Qarayev, 85.
Hakimlər: Nikola Dabanoviç, Milutin Cukiç, Yovitsa Tatar, Aleksandar Cikanoviç (Montoneqro).
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Montoneqro).
Hakim-inspektor: Luk Vilymas (Lüksemburq).
UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə).
Malta. Ta Qali Milli stadionu.
 

1

Kosovo

2

1

1

0

2:0

4

2

Farer adaları

2

1

0

1

3:3

3

3

Azərbaycan

2

0

2

0

1:1

2

4

Malta

2

0

1

1

2:4

1