İdman 11:00 16.01.2022

Milli komandamızın yekun heyəti açıqlandı

Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsi üçün yekun heyəti açıqlanıb.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva turnirdə 14 futzalçının xidmətindən yararlanacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar - 6 fevralda gerçəkləşəcək yarış ilk dəfə 16 komandanın iştirakı ilə olacaq.



Millinin oyunlarının təqvimi

22 yanvar
17:30. Gürcüstan - Azərbaycan (Qroningen)

26 yanvar
23:30. İspaniya - Azərbaycan (Qroningen)

29 yanvar
20:30. Azərbaycan - Bosniya və Herseqovina (Amsterdam)