İdman 19:28 12.05.2019

Milli komandaya yeni baş məşqçi təyin olundu

Azərbaycanın qadın cüdoçulardan ibarət milli komandasına yeni baş məşqçi təyin olunub.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl uğursuz nəticələrlə əlaqədar istefaya göndərilmiş Natiq Bağırovu Rəşad Məmmədov əvəzləyib.