Ölkə 12:45 17.03.2020

Milli Məclisin komitə və komissiyalarının iclasları dayandırılır (YENİLƏNİB)

"Dünyada koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür. Azərbaycanda da bu sahədə ciddi işlər aparılır".

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.  

O bildirib ki, dünən Baş Nazir icra hakimiyyəti orqanlarına, məktəblərə məktub göndərib. Bununla əlaqədar komitə və komissiya iclasları dayandırılmalıdır.

 ***12:26

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 4 məsələ daxil edilib.

Parlamentin bu gün keçirilən iclasında İnzibati Xətalar, Cinayət Məcəlləsinə, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlara dəyişiklik layihələri müzakirə ediləcək.
 
 ***12:23

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Qaynarinfo xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 4 məsələ daxil edilib:

1.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

2.Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

3."Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

4."İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında