Sağlamlıq 11:10 15.03.2020

Milli Məclisin Səhiyyə komitəsi koronavirusa görə iclas çağırdı

Sabah -16 mart tarixinə Milli Məclisdə Səhiyyə və Hüquq siyasəti komitələrinin birgə iclası çağırılıb.

Modern.az-ın məlumatına görə, bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli bildirib:

"İclasda koronavirusla bağlı ölkəmizdə hazırki durum və görülən tədbirlər müzakirə olunacaq. Səhiyyə Nazirliyinin rəsmiləri də gələcəklər”,-deyə deputat qeyd edib.