İdman 12:30 10.09.2018

Milli oyun zamanı izdiham: 1 ölü, 37 yaralı

Ötən gün Madaqaskarın paytaxtı Antananarivoda keçirilən Madaqaskar - Seneqal futbolç matçı zamanı izdiham faciəyə səbəb olub.

Qaynarinfo Independent-ə istinadən xəbər verir ki, Afrika Millətlər Kuboku çərçivəsində keçirilən görüşdə Seneqaldan olan azarkeşlər üçün nəzərdə tutulan tribunada yaşanan izdihamda 1 nəfər ölüb, 37 nəfər yaralanıb. Yaralılardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir. 

22 min nəfərlik stadiona bütün biletlər satılıb və stadionun qarşısında izdihamla nəticələnən böyük növbə yaranıb.

Gülşən