Ölkə 16:03 23.12.2020

Milli Qəhrəmanların təqaüdü artırılacaq (MƏBLƏĞ)

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin təqaüdü artırılacaq.

Qaynarinfo xəbər verir ki, bu, 2021-ci il büdcə zərfinə daxil edilib. Büdcə zərfində Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması ilə bağlı Prezidentinin Fərmanına dəyişiklik nəzərdə tutulur.

Təqaüdün məbləğinin 1500 manatdan 1800 manatadək artırılması təklif olunur.