Siyasət 17:54 15.03.2015

Milli Şura xalqa kompensasiya ödənilməsini tələb etdi - FOTOLAR

Bu gün Milli Şura Bakıda mitinq keçirib. Qaynar.info xəbər verir ki, “Məhsul” stadionunda keçirilən mitinq dövlət himni ilə açıq elan edilib. 

Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, müavinləri Əbülfəz Qurbanlı, Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, həmçinin Milli Şuranın üzvü Hacı Rövşən Əhmədli və çıxış edib.

Sonda mitinqin qətnaməsi səsləndirilib. Qətnamədə ilk olaraq manatın qəfil ucuzlaşmasının nəticəsində xalqa dəymiş ziyanın kompensasiya edilməsi tələb edilib. Həmçinin, maaşların, pensiyaların azı 30-40 faiz artırılması, korrupsiya və monopoliyanın durdurulması, bank kreditlərinin faizlərinin aşağı salınması, sahibkarlara qarşı təzyiqin dayandırılması tələb olunub. Eyni zamanda, Qarabağ qazilərinə qanunvericilikdə nəzərdə tutulan qan pulunun ödənilməsi, seçki islahatının aparılması, siyasi məhbusların azad edilməsi və Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanması da tələblər arasındadır.  



















Qaynar.info