İdman 23:05 01.06.2013

Millimiz çətin qələbə qazandı

III Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinin sonuncu oyunları keçirilib

Bakıda təşkil olunan III Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinin sonuncu oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günündə 4 qarşılaşma baş tutub. 

Turnirin açılış günündə Qırğızıstan millisini darmadağın edən Azərbaycan millisi bu dəfə ABŞ-la qarşılaşıb. Hesabı amerikalılar açsalar da, komandamız 2 qol vuraraq, əzmkar qələbə qazanıb. Bununla, qrupun lideri olan yığmamız növbəti matçını iyunun 3-də Gürcüstana qarşı keçirəcək. 

Qeyd edək ki, 2011-ci ildə Türkiyə, ötən il isə Gürcüstan yarışın qalibi adını qazanıb.

D qrupu

Yaponiya – Uruqvay - 2:1

C qrupu

Özbəkistan - Türkiyə - 0:3

B qrupu

Gürcüstan - Bolqarıstan - 2:0

A qrupu

Azərbaycan - ABŞ - 2:1