İdman 16:39 11.12.2013

Millimiz Ermənistandan aşağı səbətdə


Futbol üzrə "Avro-2016"nın seçmə mərhələsinin püşkatması zamanı komandaların yer alacağı səbətlərin tərkibi müəyyənləşib.

Trend-in məlumatına görə, tərtib olunan format UEFA İcraiyyə Komitəsinin dekabrın 12-13-də İspaniyanın Bilbao şəhərində keçiriləcək iclasında təsdiqlənəcək.

Azərbaycan milli komandası püşk zamanı 5-ci səbətdə yer alacaq.

I səbət: İspaniya, Almaniya, Hollandiya, İtaliya, İngiltərə, Yunanıstan, Portuqaliya, Rusiya, Bosniya və Herseqovina

II səbət: İsveç, Ukrayna, Xorvatiya, Danimarka, İsveçrə, Belçika, Çexiya, Macarıstan, İrlandiya

III səbət: Serbiya, Türkiyə, Sloveniya, Rumıniya, İsrail, Norveç, Slovakiya, Avstriya, Monteneqro

IV səbət: Ermənistan, Polşa, Şotlandiya, Finlandiya, Latviya, Uels, Bolqarıstan, Estoniya, Belarus

V səbət: İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Azərbaycan, Gürcüstan, Kipr

VI səbət: Lüksemburq, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, San-Marino, Cəbəllütariq, Farer adaları.

Qeyd edək ki, "Avro-2016"nın püşkatma mərasimi 2014-cü ilin fevral ayının 23-də Fransanın Nitsa şəhərində keçiriləcək.

Qaynar.info