İdman 22:28 17.11.2018

Millimiz əsas qapıçısını itirdi

Farer adaları ilə UEFA Millətlər Liqasının V tur matçında üz-üzə gələn Azərbaycan yığmasının heyətində məcburi əvəzləmə olub.

"Report"un məlumatına görə, qapıçı və kapitan Kamran Ağayev ilk yarıda ayağından zədələndiyi üçün fasilədən sonra meydana çıxmayıb.

Onu Səlahət Ağayev əvəzləyib. Kapitan sarğısı isə Maksim Medvedevə verilib.

Qeyd edək ki, hazırda Azərbaycan millisi öndədir - 2:0.