İdman 17:14 23.08.2013

Millimiz Litva ilə qarşılaşacaq

Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirəcək.
Qol.Az-ın məlumatına görə, futbolçularımız litvalı həmyaşıdları ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Xatırladaq ki, turnirdə keçirdiyi ilk oyunda yığmamız Belarus komandasını 1:0 hesabı ilə məğlub edib.
Qaynar.info