İdman 13:04 16.09.2021

Millimiz reytinqdə gerilədi

Milli komandaların növbəti reytinq cədvəli açıqlanıb.

Qaynarinfo FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, millimiz 1158 xalla 117-ci pillədə qərarlaşıb. Bu da o anlama gəlir ki, ötən ay açıqlanmış reytinq cədvəli ilə müqayisədə Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 5 pillə geriləyib. Reytinqdə 2 pillə geriləyən Türkiyə yığması isə 1455 xalla 41-ci sırada yer alıb.

İlk "üçlük"də isə Belçika (1832), Braziliya (1811) və İngiltərə (1755) qərarlaşıb. 

DÇ-2022-nin seçmə mərhələsində keçirdiyi son 3 matçda Lüksemburqa 1:2, Portuqaliyaya 0:3 hesabı ilə uduzmuş Azərbaycan millisi İrlandiya ilə heç-heçə edib - 1:1.
 

Səbuhi Həsənov