İdman 14:49 27.01.2022

Millimiz Rusiyada toplanış keçib

Qadın güləşi üzrə millimizin üzvləri Rusiyada təlim-məşq toplanışı keçib.

Güləş Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında hazırlıq prosesinə qatılan komandamız Rusiya, Qazaxıstan və Qırğızıstan komandalarıyla birgə intensiv məşqlərdə iştirak edib.
 
Yanvarın 11-də start götürən təlim-məşq toplanışı 2 həftə davam edib. Bu müddət ərzində millimiz həm fiziki, həm də taktiki-texniki hazırlıqlarda yaxından iştirak edib.

Yığma üzvləri toplanış başa çatdıqdan sonra digər komandalarla birgə 2 qat olimpiya çempionu İvan Yarıginin xatirə turnirində iştirak edir.
 
Səbuhi Həsənov