Millimiz səfərdə Rusiyaya uduzmadı:  Final Yerevanda olacaq

Millimiz səfərdə Rusiyaya uduzmadı: Final Yerevanda olacaq

Futbol üzrə Azərbaycanın U-19 yığması Avropa çempionatının elit-raundunda uğurlu start götürüb.

Oxu.Az-ın məlumatına görə, komandamız Rusiyada təşkil olunan turnirdə ilk oyununda meydan sahibləri ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qrupun digər matçında İrlandiya millisi Rumıniya komandasına 5:0 hesabı ilə qalib gəlib.

Millimiz növbəti oyunda martın 23-də İrlandiya ilə qarşılaşcaq.

Qeyd edək ki, final mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar. Final mərhələsi 14-27 iyulda Ermənistanda keçiriləcək.
XƏBƏRLƏR
BLOGLAR