Millimizdən ikinci qızıl medal - FOTO

Millimizdən ikinci qızıl medal - FOTO

Azərbaycan millisi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə Qran-pri turnirində ikinci qızıl medalını qazanıb.

Qaynarinfo Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Şahanə Hacıyeva həlledici görüşdə çinli rəqibini üstələyib.

Ş. Hacıyevadan əvvəl kişilərin yarışında Vüqar Şirinli (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Rumıniya təmsilçisi Florin Aleksandrunu 1:0 hesabı ilə məğlub edərək, qızıl medal qazanıb.

Qeyd edək ki, Qran-pri mayın 14-də başa çatacaq. 
XƏBƏRLƏR
BLOGLAR