İdman 23:55 24.10.2019

Millimizdən növbəti qələbə

Futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Joze Alesionun komandası Bakıda baş tutan Avropa zonasının 3-cü qrupunda 2-ci matçına çıxıb.

İlk turda Moldovanı 3:1 hesabı ilə məğlub edən yığmamız, ikinci matçında Monteneqrodan üstün olub - 3:2.

Günün digər matçında ikinci qələbəsini qazanan Slovakiya Moldovanı 7:4 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Azərbaycan və Slovakiya milliləri ilk iki yeri təmin edərək elit-raunda yüksəliblər.

Qeyd edək ki, oktyabrın 26-da baş tutacaq III turda Moldova – Monteneqro və  Azərbaycan – Slovakiya oyunları keçiriləcək.

II tur
24 oktyabr
Moldova - Slovakiya – 4:7
Azərbaycan – Monteneqro – 3:2
Bolinya, 5, Çovdarov, 22, Şocaei, 34 – Peroşeviç, 8, Obradoviç, 10