İdman 20:41 19.04.2021

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Qaynarinfo Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, məsul yarışda ölkəmizi Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov (67 kq), Xasay Həsənli (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq) və Zamir Məhəmmədov (97 kq) təmsil edəcək.

Güləşin bu növü üzrə püşkatma mərasimi aprelin 22-də, yarışlar isə 23-25 apreldə keçiriləcək.