İdman 16:53 09.07.2019

Millimizin baş məşqçisinin istefa səbəbi açıqlandı

Xəbər verdiyimiz kimi, boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinov vəzifəsindən istefa verib.
 
Qaynarinfo xəbər verir ki, istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət edən mütəxəssis gediş səbəbini səhhəti ilə əlaqələndirib. V. Şirinovun istefası ilə bağlı müraciətinə Azərbaycan Boks Federasiyasının rəhbərliyi baxaraq, qərar verəcək.

Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək son 2 ildə gənclərdən ibarət millimizi çalışdırırdı.