Video 09:16 12.09.2020

Millimizin futbolçusu ABŞ-da dubl etdi (VİDEO)

Azərbaycan millisinin üzvü Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) növbəti oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, futbolçumuzun komandası "Finiks Rayzinq" evdə "Las-Veqas Layts"ı qəbul edib. Oyun meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start heyətdə çıxan Rüfət Dadaşov 27-ci dəqiqədə hesabı açıb. 29 yaşlı hücumçu 44-cü dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Bu Rüfət Dadaşovun cari mövsümdə 10-cu qolu olub.

Qeyd edək ki, hazırda "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdi.