İdman 18:10 09.05.2021

Millimizin futbolçusu het-trik etdi, komandası darmadağın oldu

Almaniyanın II Bundesliqasında XXXII turun oyunları keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubu evdə "Paderborn"la qarşılaşıb. Görüş meydan sahiblərinin 3:8 hesablı məğlubiyyəti ilə baş çatıb.

Aue təmsilçisinin heyətində hər 3 qolu Nazarov vurub. O, 1, 4 və 55-ci dəqiqələrdə fərqlənib. 31 yaşlı yarımmüdafiəçi 77-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, bu nəticədən sonra "Ertsgebirge" 41 xalla 11-ci pillədə qalıb. Xallarını 46-ya çatdıran "Paderborn" isə 8-ci pilləyə yüksəlib.