İdman 11:29 21.01.2022

Millimizin gürcülərlə matçına təyinatlar açıqlandı

Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 22-də Niderlandın Qroningen şəhərindəki "Martini Plaza”da keçiriləcək Gürcüstan - Azərbaycan oyununun hakimləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, qarşılaşma Xorvatiya Fransa və İsveçrədən olan hakimlərə tapşırılıb. 

Gürcüstan – Azərbaycan

Hakimlər: Cedric Pelissier (Fransa), Daniel Matkovic (İsveçrə), Nikola Jelic (Xorvatiya)
Timekeeper: Vedran Babic (Xorvatiya)
22 yanvar. Qroningen. Martini Plaza. Saat 17:30.
 
Səbuhi Həsənov