İdman 10:34 10.07.2019

Millimizin iki oyunu “Dalğa Arena”da keçiriləcək

21 yaşadək futbolçulardan ibarət millimizin növbəti iki oyununun yeri dəqiqləşib.

Qaynarinfo xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsinin qarşıdakı iki görüşünü "Dalğa Arena”da keçirəcək.

Komandamız sentyabrın 6-da Slovakiya, sentyabrın 10-da isə Gürcüstan yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, millimiz seçmə mərhələdə keçirdiyi ilk oyununda Lixtenşteynə 0:1 hesabı ilə uduzub.