İdman 17:17 27.07.2018

Millimizin oyunlarının vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi üç oyunun vaxtı və məkanı müəyyənləşib. 

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, yığmamız sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə qarşılaşacaq. Hər iki oyun "Dalğa Arena”da keçiriləcək.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komandamızın Norveç yığması ilə oktyabrın 16-dakı görüşü isə Drammen şəhərindəki "Marienlyst Stadium"da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək.