İdman 14:37 28.06.2020

Millimizin qapıçısı "Sabah"da

"Sabah” komandası heyətini yeni oyunçu ilə gücləndirib. 

Qaynarinfo-nun klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının qapıçısı Nicat Mehbalıyevlə 3 illik müqavilə bağlanılıb.

19 yaşlı qapıçı karyerası ərzində "Qarabağ” və "Sumqayıt” klublarında çıxış edib.

Qeyd edək ki, "Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.