İdman 17:24 23.02.2014

Millimizin "Avro-2016"dakı rəqibləri müəyyənləşdi

Bu gün 2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, Nitsa şəhərində baş tutan püşkatmada iştirak edən 53 komanda UEFA-nın reytinq siyahısına uyğun olaraq 6 səbətə bölünüb. Azərbaycan milli komandası V səbətdə yer alıb. 

Püşk zamanı isə komandalar hərəsində 6 yığma olmaqla 8 qrupa bölünüb. Lakin sonuncu - 9-cu qrupda 5 komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışacaq. 

H qrupunda mübarizə aparacaq  yığmamızın da rəqibləri məlum olub. Belə ki, Berti Foqtsun komandası İtaliya, Malta, Bolqarıstan, Norveç və Xorvatiya ilə bir qrupda yer alıb.

Qeyd edək ki, Avropa çempionatları tarixində ilk dəfə olaraq "Avro-2016"nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü bitirəcək milli komandalar isə pley-off oyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.

A qrupu: Hollandiya, Qazaxıstan, İslandiya, Latviya, Türkiyə, Çexiya

B qrupu: Bosniya və Hersoqovina, Andorra, Kipr, Uels, İsrail, Belçika

C  qrupu: İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya, Ukrayna

D qrupu: Almaniya, Qibraltar, Gürcüstan, Şotlandiya, Polşa, İrlandiya

E qrupu: İngiltərə, San-Marino, Litva, Estoniya, Sloveniya, İsveçrə

F qrupu: Yunanıstan, Farer adaları, Şimali İrlandiya, Finlandiya, Rumıniya, Macarıstan

G qrupu: Rusiya, Lixtenşteyn, Moldova, Montoneqro, Avstriya, İsveç

H qrupu: İtaliya, Malta, Azərbaycan, Bolqarıstan, Norveç, Xorvatiya

I qrupu: Portuqaliya, Albaniya, Ermənistan, Serbiya, Danimarka

Qaynar.info