İdman 13:10 22.01.2022

Millimizin üzvlərinin ikinci testi də pozitiv oldu

Dünən oyunöncəsi məşqdə iştirak üçün futzal üzrə Azərbaycan millisinin üzvlərindən COVİD-19 anticism analizləri götürülmüşdü.
 
Qaynarinfo xəbər verir ki, komandanın iki üzvünün - Qallo və Rövşən Hüseynlinin testlərinin nəticəsi pozitiv olmuşdu. Buna görə də hər iki futzalçıdan PCR testi götürülüb və nəticəsi açıqlanıb. Hər iki futzalçıda nəticə yenidən pozitiv olub. Futzalçılar hazırda qaldıqları otel otağında karantinə alınıblar. Karantinin sonuncu günü 27-dir. 

Onu da qeyd edək ki, qaydalara uyğun olaraq, bu gün oyun üçün digər futzalçılardan yenidən COVİD-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativdir.
 
Səbuhi Həsənov