İdman 10:55 19.08.2018

Millimizin üzvü Portuqaliyada qolunu vurdu, meydandan qovuldu

Portuqaliya Sequndasında II turun oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril” "Braqa B"nin qonağı olub. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Ötən tur 64-cü dəqiqədə oyuna daxil olan Renat Dadaşov bu dəfə start heyətində yer alıb və 57-ci dəqiqədə komandasına qələbə qazandıran qola imza atıb. Bu, onun Portuqaliyada ilk qolu olub. 19 yaşlı hücumçu 90+2-ci dəqiqədə rəqibinə qarşı kobud oynadığı üçün qırmızı vərəqə alaraq, meydandan qovulub.

Qeyd edək ki, ilk iki turda qələbə qazanan "Eştoril" turnir cədvəlinə başçılıq edir.