Video 20:50 19.08.2018

Millimizin üzvü Rusiya Premyer Liqasında debüt etdi (VİDEO)

Ramil Şeydayev Rusiya Premyer Liqasında debüt edib. 

Qaynarinfo xəbər verir ki, bir neçə gün əvvəl "Krılya Sovetov"a transfer olunan millimizin üzvü çempionatın IV turunun Moskva "Lokomotiv"i ilə ev oyununda meydana çıxıb.

Ramil 82-ci dəqiqədə Vladimir Poluyaxtovun yerinə meydana daxil olub. Oyun "Lokomotiv"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Kırılya Sovetov" 4 turdan sonra 4 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.