İdman 21:58 09.06.2019

Millimizlə oyunda dubl edən futbolçu: "İkinci qolda bəxtim gətirdi"

Macarıstan yığmasının müdafiəçisi Villi Orban millimizlə oyunla bağlı danışıb.

Qaynarinfo xəbər verir ki, "AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində dünən Bakıda millimizə 3:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışan "Leyptsiq"in futbolçusu final mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirib:

"Azərbaycan topla yaxşı oynasa da, qapı qarşısında biz daha təhlükəli idik. Şadam ki, 2 vacib qol vurub, komandama kömək etdim. İkinci qolda bəxtim gətirdi. Çünki topu qapı xətti üzərində dizimə dəyib, tora daxil oldu. Son vaxtlar standart vəziyyətlərdən çox qol vururuq. Çünki Blaş Cudcakın ötürmələri əladı. Əminliklə deyə bilərəm ki, bu, bizim əsas silahlarımızdan biridi. Ümid edirəm ki, növbəti oyunda da qol vuracağıq.

Qrupda lider olduğumuzu bilirəm. Ancaq final mərhələsi haqda danışmaq tezdi. Çünki biz hələ yolun başlanğıcındayıq. İki gün sonra daha bir vacib oyunumuz var ki, ona mümkün olduğu qədər yaxşı hazırlaşmalıyıq. Ümid edirəm ki, qələbə qazanıb, zirvədəki mövqeyimizi gücləndirəcəyik".