Millinin Malta ilə matçının təyinatları açıqlandı

Millinin Malta ilə matçının təyinatları açıqlandı

Qadınlardan ibarət Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 26-da ASK Arenada keçiriləcək Azərbaycan – Malta qarşılaşmasını Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Reka Molnara yan xətt hakimləri Katalin Török və Noemi Hegedus-Barath kömək edəcək. Dördüncü hakim funksiyasını Reka Bognar yerinə yetirəcək.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X